XƏBƏR LENTİ
19 Aprel 2021
18 Aprel 2021
17 Aprel 2021
16 Aprel 2021



15 mindən çox tələbənin təhsil haqqı ödənildi
MƏMLƏKƏT 14:34 / 29.12.2020

Həssas əhali qrupuna aid edilən 15 900 tələbənin ödənişi ali təhsil müəssisələrinə artıq ödənilib.

Təhsil Nazirliyindən  verilən məlumata görə, pandemiya dövründə Nazirlər Kabineti tərəfindən "Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərar qəbul edilib. Qərar 30 mindən artıq tələbəni əhatə edib. Qərarın icrası üçün dövlət büdcəsindən 40 milyon manat maliyyə vəsaiti ayrılıb.

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi sistemi - http://e-telebe.edu.az portalı istifadəyə verilib. 2020-2021-ci tədris ili üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi məqsədi ilə sosial həssas əhali qrupuna aid edilən 24 147 tələbə e-telebe.edu.az portalına müraciət edib. Onlardan 15 900 nəfərin ödənişi ali təhsil müəssisələrinə artıq ödənilib(axar.az)


1608 oxunub

InvestAZ