2021-ci ildə 9-cu siniflər üzrə buraxılış imtahanları yeni imtahan modeli əsasında bir mərhələdə həyata keçiriləcəkdir.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, yeni imtahan modelinə uyğun olaraq imtahanda şagirdlərə həm açıq, həm də qapalı tipli tapşırıqlar təqdim olunacaqdır.
M.Abbaszadə əlavə edib ki, IX sinif üzrə 2021-ci il buraxılış imtahanı fənlərinin СОVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin qaydalarının tədris prosesinə bilavasitə təsiri nəzərə alınaraq proqramlar və yeni tapşırıq modellərinin variantları hazırlanıb.
DİM sədri bildirib ki, 2017-ci ildə ilk dəfə olaraq, kurikulumların tələblərinə uyğun şəkildə IX siniflərin yekun qiymətləndirilmə (attestasiya) imtahanlarında şagirdlərin mətn üzərində iş qabiliyyəti: mətnin əsas ideyasını və mətndə təsvir edilən hadisələrin səbəb-nəticə əlaqələrini müəyyənetmə, mətnin kontekstinə uyğun olaraq sözlərin mənasını izahetmə, həmçinin həndəsi qurmalardan istifadə edərək riyazi məsələləri həlletmə, müxtəlif həyati situasiyalarda tənliklərin qurulması kimi riyazi vərdişlərdən istifadə və s. bacarıqları yoxlanılmışdır.
M.Abbaszadə qeyd edib ki, 2020-ci ildə keçirilmiş buraxılış
imtahanları bir daha təsdiq etmişdir ki, tətbiq olunan imtahan modeli
kurikulumun tələblərinə və dərsliklərin məzmununa tam uyğundur.
9-cu sinif məzunları modellə artıq ümumi təhsil pilləsində
təhsilalanların biliklərinin yekun qiymətləndirilməsi (attestasiyası)
imtahanlarından tanış idilər. İmtahanların məzmunu, o cümlədən
qiymətləndirilən standartların siyahısı Təhsil Nazirliyinin
mütəxəssislərinin də iştirak etdiyi işçi qrup tərəfindən müəyyən
edilmiş, bu standartların ölçülməsi üçün müvafiq qiymətləndirmə
çərçivəsi işlənib hazırlanmışdır. Bundan başqa, yeni imtahan modeli,
imtahanda yoxlanılacaq alt standartlar (bacarıqlar), yeni tapşırıq
formaları, qiymətləndirmə meyarları "Abituriyent” jurnalının xüsusi
buraxılışlarında və siniflər üzrə çap edilən "Yeni təhsil proqramları
(kurikulum) üzrə qiymətləndirmə tapşırıqları” toplularında nəşr
edilmişdir.
IX sinif üzrə 2021-ci il buraxılış imtahanı fənlərinin СОVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin qaydalarının tədris prosesinə bilavasitə təsiri nəzərə alınaraq proqramlar və yeni tapşırıq modellərinin variantları hazırlanıb. (trend)