XƏBƏR LENTİ
19 Aprel 2021
18 Aprel 2021
17 Aprel 2021
16 Aprel 2021



AzTV-dəki faciəvi hadisə ilə bağlı - Rəsmi məlumat
MƏMLƏKƏT 10:43 / 26.12.2020

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin ərazisindəki binada dağıntı olması, 1 nəfərin dağıntılar altında qalması barədə məlumat daxil olub.

FHN-dən  verilən  xəbərdə  bildirilir ki, i, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, inzibati binadakı 1 otaqda tavanda və döşəmədə dağıntı baş verib, nəticədə 1996-cı il təvəllüdlü Gülverdiyev Gülverdi Namiq oğlu dağıntılar altında qalaraq ölüb. Həyata keçirilən qəza-xilasetmə tədbirləri nəticəsində N.Gülverdiyevin meyiti dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


1843 oxunub

InvestAZ