XƏBƏR LENTİ
19 Aprel 2021
18 Aprel 2021
17 Aprel 2021
16 Aprel 2021



Razi Nurullayev MM-də uşaq pulundan danışdı
MƏMLƏKƏT 11:48 / 25.12.2020

Bu il keçdi, ancaq növbəti ilin büdcəsində uşaqpulu ilə bağlı müddəa olmalıdır.

Yenisəs.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

"Hökumət üzvlərimizi hər zaman dinləyirəm. O qədər gözəl danışırlar ki, deyirəm bəlkə Yaponiyada yaşayıram. Aylarla ət üzünə həsrət qalan, palçığa batan adamla yaşayasan ki, gərək onları başa düşəsən. Görünür belə olmasa bunu başa düşə bilməyəcəyik”, - deputat bildirib.

Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev iclasda iştirak edir: "Hesab edirəm ki, uşaqpulu ilə bağlı sualınıza cavab tapacaqsınız”


2387 oxunub

InvestAZ