XƏBƏR LENTİ
19 Aprel 2021
18 Aprel 2021
17 Aprel 2021
16 Aprel 2021



Ədilə Namazova 94 yaşında vəfat etdi
MƏMLƏKƏT 17:30 / 16.12.2020

Bu gün Azərbaycan pediatrı, kardioloq, Tibb elmləri doktoru, professor, SSRİ Tibb EA-nın müxbir üzvü, Əməkdar elm xadimi, Azərbaycan EA-nın həqiqi üzvü, Rusiya Federasiyası Tibb EA-nın həqiqi üzvü Azərbaycan SSR Dövlət mükafatı laureatı Ədilə Namazova vəfat edib.

Ədilə Əvəz qızı Namazova 9 sentyabr 1926-cı ildə Ağdam rayonunun Seyidli kəndində anadan olub. Orta təhsilini və ilk həyat məktəbini doğma rayonda keçmiş Adilə xanım öz zəhməti, istedadı və ləyaqəti ilə Azərbaycanın say-seçmə qadınları sırasına yüksələ bilib. Azərbaycan Dövlət Tibb İnstitunu bitirmişdir (1949). 1965-ci ildən Azərbaycan Tibb İnstutunun pediatriya kafedrasının müdiridir. Tədqiqatı, əsasən, uşaqlarda revmatizm və ürək-damar xəstəliklərinə həsr olunmuşdur. Azərbaycanda pediatriya elmi məktəbinin yaradıcısıdır. 300 elmi əsərin, 8 monoqrafiya və dərsliyin, 5 ixtiranın müəllifidir. Azərbaycan Pediatrlar Cəmiyyətinin sədridir (1967 ildən). Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü, Türkdilli Ölkələrin Pediatrlar Cəmiyyətinin vitse-prezidentidir. SSRİ Ali Sovetinin (11-ci çağırış) deputatı olmuşdur. Azərbaycanın "Şöhrət" ordeni ilə təltif edilmişdir. O, elm və təcrübəli təbabət sahəsində dünya miqyasında dəyərləndirilən dünya miqyasında dəyərləndirilən nailiyyələr qazanmışdır. Ədilə Namazova beynəlxalq aləmdə tanınan pediatr-kardioloqlardan biridir. Həmyerlimiz Azərbaycan Pediatrlar Cəmiyyətinin sədri, türk dünyası pediatrları cəmiyyətinin vitse-prezidentidir. Ədilə xanım 1965-ci ildə tibb elmləri doktoru dərəcəsi almış, 1966-cı ildən professordur. 1971-ci ildə o, SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilmişdir. Hazırda Rusiya Federasiyası Tibb Elmləri Akademiyasının üzvüdür. Görkəmli təbabət alimi 1981-ci ildən səhiyyə əlaçısı və Azərbaycanın əməkdar elm xadimidir. Adilə Namazova 1982-ci ildə Respublika Dövlət Mükafatına layiq görülmüşdür. Həmyerlimiz uzun illər N. Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya kafedrasına başçılıq etmişdir. Ədilə Namazovanın tədqiqatları, əsasən, uşaqlara revmatizm, ürək qüsurları və digər uşaq xəstəliklərinə həsr olunmuşdur. İlk dəfə olaraq ürək çəpərinin anadangəlmə qüsurlarının klinik xüsusiyyətlərini Ədilə xanım öyrənmişdir. O, Azərbaycanın ilk qadın pediatr alimi sayılır. Əsərləri ölkəmizdə və xaricdə çap olunmuş, həmçinin bir sıra beynəlxalq təbabət məclislərində elmi məruzələrlə çxış etmişdir. 1989-cu ildə ABŞ-da buraxılmış "Dünyanın ulduz qadınları" ensiklopedik nəşrinə keçmiş SSRİ-dən adı düşən qadınlardan biri Ədilə xanım olub. Türk dünyasının böyük oğlu, Ümumdünya Pediatrlar Cəmiyyətinin sədri Ehsan Doğramacı Bakıda olarkən demişdir: "Türk dünyası pediatrları içərisində Ədilə xanım və mən bacı-qardaşıq. O, mənim pediatr bacım, mən isə onun pediatr qardaşıyam".
3390 oxunub

InvestAZ