XƏBƏR LENTİ
19 Aprel 2021
18 Aprel 2021
17 Aprel 2021
16 Aprel 2021



FHN-in azad edilən ərazilərdə hissələri fəaliyyət göstərir
MƏMLƏKƏT 09:43 / 16.12.2020

Fövqəladə Hallar Nazirliyi dövlət başçısının tapşırığına uyğun olaraq, əhalinin təhlükəsizliyinin təmin olunması və mövcud problemlərin aradan qaldırılması məqsədilə fəaliyyət dairəsini genişləndirib, işğaldan azad edilmiş ərazilərimizdə müvafiq strukturlarının təşkilinə başlayıb.

Yenisəs.az Teleqraf.com -a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bildirib.

"Artıq nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Füzili, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər şəhərlərində və Xocavənd rayonunun Hadrut qəsəbəsində hissələri fəaliyyət göstərir. Bütün hissələr xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib. Bundan əlavə, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin müvafiq bölmələri Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd rayonlarında fəaliyyətə başlayıb”, - deyə nazir qeyd edib.


1694 oxunub

InvestAZ