XƏBƏR LENTİ
19 Aprel 2021
18 Aprel 2021
17 Aprel 2021
16 Aprel 2021



Dağlıq ərazidə əməliyyat
MƏMLƏKƏT 16:30 / 07.12.2020
Bu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Daşkəsən rayonu, Əmirvar kəndi yaxınlığında içərisində 3 nəfərin olduğu "Land Rover" markalı avtomobilin sürüşərək yolun yamac hissəsinə düşməsi və aşma təhlükəsi vəziyyətində olması barədə məlumat daxil olub.

Yenisəs.az   FHN-nə istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qəzanın baş verdiyi əraziyə cəlb olunub. Həyata keçirilən operativ tədbirlər nəticəsində avtomobil yamacdan çıxarılıb.

Köməksiz vəziyyətdə qalan sürücü və sərnişinlərin təhlükəsizliyi təmin olunub.


1611 oxunub

InvestAZ