XƏBƏR LENTİ
19 Aprel 2021
18 Aprel 2021
17 Aprel 2021
16 Aprel 2021



DİN Ağdam şəhəri və kəndlərində xidməti fəaliyyətini bərpa etdi
MƏMLƏKƏT 12:48 / 07.12.2020

Yenisəs.az xəbər verir ki, DİN-dən Teleqraf.com-a verilən məlumata görə, Müzəffər Azərbaycan Ordusunun keçirdiyi əks hücum əməliyyatları nəticəsində işğaldan azad edilmiş ərazilərdə Daxili Qoşunların hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri gücləndirilir.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları işğaldan azad edilmiş Ağdam şəhərində və kəndlərində xidməti fəaliyyətini bərpa edib. Daxili Qoşunların hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən postlar qurulub və təhlükəsizliyə tam şəkildə nəzarət edilir.


2872 oxunub

InvestAZ