XƏBƏR LENTİ
21 Yanvar 2021
20 Yanvar 2021
19 Yanvar 2021



İtaliyalı parlamentarilər Ağdam və Gəncəyə gedəcək
SİYASƏT 12:01 / 05.12.2020

Bu gün Azərbaycan Respublikası Milli Məclisinin dəvəti ilə İtaliya Parlamentinin və Senatının birgə nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Yenisəs.az  xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin və Azərbaycan-İtaliya Parlamentlərarası dostluq grupunun rəhbəri Azər Kərimli deyib.

Deputatın sözlərinə görə, italiyalı deputat və senatorlar həmçinin işğaldan azad edilmiş ərazilərə baş çəkəcək:

"Nümayəndə heyətinə İtaliya parlamentinin Vitse-spikeri Ettore Rozato başçılıq edir. Bu gün Gəncə şəhərinə səfər edərək ermənilər tərəfindən ballistik raketlərlə bombardman olunmuş əraziləri italiyalı qonaqlara göstərəcəyik. Dekabrın 6-da isə italiyalı qonaqlar Ağdamın işğaldan azad olunmuş hissəsinə səfər edəcəklər. Dekabrın 7-si rəsmi görüşlər olacaq”.

Azər Kərimli Avronest PA-nın 44 günlük Vətən Müharibəsi ilə bağlı mövqeyi haqda sualı cavablandıraraq Büro iclasından da söz açıb:

"Avronest PA-nin noyabrın 17-də Büro iclası keçirildi. Bu iclasda Ermənistan istisna olmaqla, bütün həmsədrlər və üzv ölkələri iştirak edirdi. Gündəliyə əsasən iclasda Dağlıq Qarabağda cərəyan edən hadisələr müzakirə olundu. Müzakirələr zamanı Azərbaycanın ədalətli mövqeyi bir daha iştirakçıların diqqətinə çatdırıldı. Azərbaycanın döyüş meydanındakı uğurlarına baxmayaraq, təkrar masa arxasında oturması və danışıqlar prosesinə dönməsi Avronest PA-nın Büro üzvləri tərəfindən çox yüksək qiymətləndirildi”.


780 oxunub

InvestAZ