XƏBƏR LENTİ
17 Yanvar 2021
16 Yanvar 2021
15 Yanvar 2021



Bu dərmanlarla DİQQƏTLİ olun
Sağlamlıq 09:41 / 05.12.2020

12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər sosial şəbəkələrdə yayılan iddialarda bildirilir ki, koronavirusdan şəxslər qan laxtalanması səbəbindən ölür və bunun qarşısını almaq üçün aspirindən istifadə etmək lazımdır.

Yenisəs.az bildirir ki, məsələ ilə bağlı Axar.az-a açıqlama verən həkim Qalib Əsədov bildirib ki, aspirin və digər qandurulducu dərmanların özbaşına istifadə edilməsi viruslu xəstələrdə ciddi problemlərə yol aça bilər:

"Düzdür, virus qanın laxtalanmasına təsir edir və çoxlu miqdarda trombların əmələ gəlməsinə səbəb olur. Viruslu xəstələrin müalicəsində bu səbəbdən aspirin və digər qan durulducu vasitələrdən istifadə edilir. Amma bu dərmanlar həkim məsləhəti ilə qəbul edilməlidir. Mədə yarası olan şəxs aspirin atarsa, mədədaxili qanaxmalar baş verə bilər. Bütün bunlar hamısı həkim nəzarəti altında olmalıdır. Laxtalandırma göstəriciləri aydın olandan sonra bu dərmanları qəbul etmək olar”.

Həkimin sözlərinə görə, orqanizm gənc olduqda bu preparatların qəbul edilməsinə ehtiyac yoxdur:

"Gənc orqanizm və immuniteti güclü olanlar 80-85 faiz hallarda koronavirusa heç bir dərman qəbul etmədən də qalib gəlirlər. Yüngül qızdırma və s. əlamətlər olan şəxslər isə vitamin və orqanizmə kömək edən digər vasitələrdən istifadə edirlər".


550 oxunub

InvestAZ