NATO Belarus Prezidenti Aleksandr Lukaşenkonun ittifaqın Belarus torpaqlarını ələ keçirmək üçün hərbi qruplaşma yaratdığına dair ittihamlarını rədd edir.
Bu barədə NATO-dan yayılan bəyanatda qeyd olunub.
Bildirilib ki, Alyansın fəaliyyətləri tamamilə müdafiə xarakteri daşıyır.
"NATO Belarus üçün hərbi təhdid təşkil etmir və regionda qüvvələrini genişləndirmir. NATO-nun hərəkətləri tamamilə müdafiə xarakterlidir və heç kim dinc etirazçılara qarşı repressiyalar bəhanəsi ilə ittifaqın hərbi gücünün artırılması ittihamlarından istifadə etməməlidir”, - bəyanatda qeyd olunub.(axar.az)