XƏBƏR LENTİ
17 Yanvar 2021
16 Yanvar 2021
15 Yanvar 2021



Putin Çubaysa vəzifə verd
DÜNYA 08:46 / 05.12.2020

Rusiya prezidenti Vladimir Putin Anatoli Çubaysı beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndə təyin edib.

Yenisəs.az  Publika.az-a istinadən  xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Anatoli Çubays prezidentin xüsusi nümayəndəsi vəzifəsində dövlət qulluqçusu və Prezident Administrasiyasının əməkdaşı olmayacaq.

Xatırladaq ki, 65 yaşlı Anatoli Çubays 1991-ci ildə Rusiyada müxtəlif aparıcı vəzifələrdə çalışıb. 1990-cı illərdə ölkədəki iqtisadi islahatların ideoloq və rəhbərlərindən olub. 2000-ci illərdə Rusiyanın elektro-energetika sahəsində islahatlara başçılıq edib. 2008-ci ildə Rusiya Dövlət Nanotexnolgiya şirkətinin baş direktoru, 2011-ci ildən isə Rusiya Nano-Texnologiyalar Açıq Cəmiyyəti İdarə Heyətinin sədri olub.

Anatoli Çubays Rusiyanın ilk prezidenti Boris Yeltsinin ən yaxın adamlarındandır.


656 oxunub

InvestAZ