Dəyərli qardaşım İlham Əliyevin fransızlara bir tövsiyəsi oldu. "Erməniləri bu qədər çox sevirsinizsə, Marseli onlara verin” dedi.
Yenisəs.az Axar.az -a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Eyni tövsiyəyə mən də qatılıram. Qarabağ azərbaycanlı qardaşlarımızın torpağıdır. 28 ildir bölgə ermənilərin işğalı altında idi. ABŞ və Rusiya da bunu qəbul edir. Eyni zamanda, Fransa da. Azərbaycanlı qardaşlarımız özləri öz işini gördü. Xeyirli olsun deyirik. İnşallah çərşənbə axşamı həyat yoldaşımla birgə qismət olsa Azərbaycanda keçiriləcək mərasimə qatılacağıq”, - Ərdoğan vurğulayıb.