XƏBƏR LENTİ
17 Yanvar 2021
16 Yanvar 2021
15 Yanvar 2021



Bir anda müharibə BAŞLAYA BİLƏR...
SİYASƏT 16:15 / 04.12.2020

Dağlıq Qarabağdakı münaqişə qısa müddət ərzində alovlana bilər, buna görə də ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında danışıqlar masasına qayıtmaq lazımdır.

Yenisəs.az Publika.az-a istinadən   xəbər verir ki, bunu Avstriya Xarici İşlər naziri Aleksandr Şallenberq deyib.

Avstriyalı nazirin sözlərinə görə, açıq bir beynəlxalq çərçivə lazımdır ki, bu da ATƏT-in Minsk qrupu ola bilər və bu, həmsədrlərin vasitəçiliyi ilə danışıqlar masasına qayıtmaq deməkdir: "Yaxşı ki, silahlar susdu və silahlı qarşıdurma məntiqini tərk edildi. Ancaq sadəlövhlük göstərməmək lazımdır. Münaqişə yenidən çox tez alovlana bilər, bunun üçün yalnız bir qığılcım tələb olunur. Bizim üçün bu, o deməkdir ki, üzərində çalışmamız lazım olan tək şey vəziyyəti sabitləşdirməkdir, mülki insanların əzabları dayanmalı və bölgədəki dini və mədəni irs qorunmalıdır".

O, danışıqlar masasına qayıtmağın münaqişənin həllinə dair uzunmüddətli bir cədvəl tərtib etməyin yeganə yolu adlandırıb.


659 oxunub

InvestAZ