Rusiya digər ölkələr kimi Dağlıq Qarabağın statusu ilə bağlı mövqeyini dəyişməyib.
"Bu ərazinin kimə məxsus olması Təhlükəsizlik Şurasının müvafiq
qətnamələri ilə çoxdan müəyyənləşdirilib. Bütün bunlar Təhlükəsizlik
Şurasının qətnamələrində göstərilib. Rusiya heç nəyi dəyişməyib. Əslində
heç bir ölkə dəyişmədi", - deyə Peskov müharibədən və atəşkəs
razılaşmasından sonra Qarabağın statusu məsələsində Rusiyanın
münasibətində hər hansı dəyişikliyin ola bilməsi sualını
cavablandırarkən deyib.
"Prezident Putin Qarabağın özü-özünü tanımadığını, hətta Ermənistan
tərəfindən də tanınmadığını söyləyib. Prezident bu barədə danışıb”, -
Kreml sözçüsü əlavə edib.