XƏBƏR LENTİ
17 Yanvar 2021
16 Yanvar 2021
15 Yanvar 2021



Rusiyadan Xankəndi ilə bağlı SON AÇIQLAMASI
SİYASƏT 13:19 / 04.12.2020

Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin hərbi qulluqçuları Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında mühəndis kəşfiyyatı və mina təmizlənməsi işlərini davam etdirirlər. Bu çərçivədə Xankəndi şəhərinin ətraf əraziləri minalardan təmizlənməyə başla

Xəbər verilir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Rus sülhməramlıları Qarabağdakı sosial obyektlərin minalardan təmizlənməsinə davam edir.

Gün ərzində rus sülhməramlılarının partlayıcı maddələri çıxarmaq üçün Xankəndinin cənubundakı ərazinin böyük bir hissəsində axtarış aparıb. Ərazidə aparılan mühəndis tədqiqatı zamanı 10 kütləvi sursat aşkar edilib.

Aşkarlanan partlayıcı obyektlər, tərk edilmiş və ya partlamamış döyüş sursatları xüsusi təchiz edilmiş poliqona aparılır və məhv edilir. Təhlükəsiz bir şəkildə təxliyə edilə bilməyən döyüş sursatları lazımi təhlükəsizlik tədbirləri yerindəcə məhv edilir.

Ümumilikdə, Dağlıq Qarabağdakı mühəndis bölmələri 45 hektardan çox ərazini, 14 kilometrdən çox yolu təmizləyib və 1120-dən çox partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirib(publika.az)
688 oxunub

InvestAZ