XƏBƏR LENTİ
16 Yanvar 2021
15 Yanvar 2021



Qarabağ uğrunda məkfurə mübarizəsi
YAZARLAR 10:12 / 04.12.2020

Biz ideologiya, məkfurə, əqidə, məslək dedikdə biz bu ifadəni müstəqil dövlətçiliyə əsaslanan, xalqın tarixinin süzgəcindən keçib gələn, milli-mənəvi dəyərlərini, milli-əxlaqi xüsusiyyətlərini, adət və ənənələrini, dilini, dinini, özündə cəmləşdirən, maddi, əqli, mənəvi və ruhu dəyərlərin məcmusu kimi başa düşürük. İdeologiya, məkfurə həm də xalqın arzu və istəklərinə çatmaq, onun hüquqlarını, azadlıqlarını, firəvan həyatını təmin etmək üçün apardığı mübarizə və bu arzu və istəklərə qovuşmaq inamıdır. Bir həqiqət aydındır ki, Azərbaycan Səfəvilər Dövləti süqut etdikdən sonra (Nadir Şahın qurduğu Əfşarlar dövlətini nəzərə almasaq). 1736-cı ildən bu yana, indi Araz çayının hər iki sahilinə səpələnmiş Azərbaycanda vahid dövlət olmadığı üçün ümumi ideologiyada olmamışdır. Azərbaycanın xanlıqlar dövründə isə ümumiyyətlə ümumi ideologiyadan söhbət gedə bilməzdi. 1828-ci ildə Azərbaycanın iki yerə bölünməsi vahid ideologiyanın mövcudluğuna imkan vermədi. XIX əsrin ikinci yarısından sonra keçmiş Çar Rusiyası tərkibində mövcud olan Şimali Azərbaycanda milli ziyalıların meydana gəlməsi, yeni maarifçi ziyalıların formalaşması M.F.Axundovun, Həsən bəy Zərdabinin, Əli bəy Hüseynzadənin, sonralar Məhəmməd Hadi, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Əmin Rəsulzadə, Mirzə Ələkbər Sabir və digər görkəmli ziyalılarımızın fikir və düşüncələrindı milli ideologiyanın işartıları meydana gəlməyə başlasa da, bu işartılar özünü daha çox türkçülük və turançılıq ideyalarında təcəssüm etdirirdi. Bu fikir və düşüncələr Azərbaycan Xalq Cümhuriyyəti qurucularının əsas ideya və baxışlarını təşkil edirdi. Lakin AXC-nın çox az bir zaman müddətində yaşaması yeni qurulmuş dövlətin ideologiyasının formalaşmasına imkan vermədi 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra biz, SSRİ deyilən bir İmperiyanın tərkibinə daxil edildikdən sonra isə, 70 il Kommunist ideologiyası altında yaşamağa, formalaşmağa, tərbiyə almağa məhkum edildik. Lakin tarix sübut edir ki, insanlara zorla qəbul edilən, onların beyninə məcburən sırıdılan ideologiya uzun ömürlü ola bilməz və bu bu ideologiyanın da ömrü cəmi 70 il çəkdi. Azərbaycanda vahid ideolagiyanın formalaşması Azərbaycan öz müstəqilliyini bərpa etdikdən və Ümumilli liderimiz Heydər Əliyevin 1993-cü

ildə hakimiyyətə gəldiyi dövrdən başlayır. Bu ideologiya Azərbaycançılıq məfkurəsi idi. Əslində bu ideologiyanın əsaslarının Ümumilli liderimiz Heydər Əliyev Azərbaycanda birinci dəfə hakimiyyətə gəldiyi illərə müəyyənləşdirilmişdi. Tanrının Azərbaycana bəxş etdiyi bu nadir şəxsiyyət, yaranmış tarixi fürsətdən istifadə edərək elə 70-ci illərdən başlayaraq gələcək Azərbaycanın sosial-iqtisadi, mədəni inkişafı üçün həyata keçirdiyi uzaqgörən və düşünülmüş tədbirlərlə müstəqil Azərbaycan dövlətini və onun ideoloji əsaslarını yaradırdı. Konstutisiyaya Azərbaycan dilinin daxil edilməsi, milli-mənəvi dəyərlərini qoruması və inkişaf etdirilməsi, milli kadrları irəli çəkməklə məsul vəzifələrə təyin edilməsi və s deyilənlərin sübutu idi. 1993-cü ilin iyununda Ümumilli liderimiz Heydər Əliyev Hakimiyyətə gələndə Azərbaycan dövlətini özünün ən çətin və mürəkkəb anlarını yaşayırdı. Əslində gənc Azərbaycan dövlətinin varlığı təhlükə altında idi. Bu ölkəni təhlükəyə sürükləyən amillərdən biri də ölkənin vahid ideologiyasının olmaması və ərazi bütovlüyünün Ermənistan və onun havadarları tərəfindən pozlması idi. 1993-cü il Qarabağ probleminin, Qarabağ uğrunda mübarizənin ən gərgin vaxtı idi.Torpaqlarımızın 20 % nə qədəri işğal edilmiş, ərazi bütövlüyümüzə qəsd edilmişdi. Sonralar Ümumilli liderimiz Heydər Əliyevin formalaşdırdığı Azərbaycançılıq məfkurəsinin ana xəttini də ərazi bütövlüyümüzün bərpası təşkil edirdi. Böyük istedada, dərin zəkəraya, müdrik uzaqgörənliyə malik bu fenomenal şəxsiyyətin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də məhz Azərbaycançılıq məfkurəsini Azərbaycanda və dünyada yaşayan 50 milyondan çox azərbaycanlının həm də eyni zamanda Azərbaycanda yaşayan bütün xalqların ümumi məfkurəsinə çevirmək bacarığı idi. Ulu öndər Heydər Əliyev 2001-ci il noyabrın 9-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I qurultayında deyirdi: "Müstəqil Azərbaycan Dövlətinin əsas ideyası Azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq". Ulu öndərimiz Heydər Əliyev hakimiyyətdə olduğu 10 il ərzində öz misilsiz fəaliyyəti, əməli işləri ilə azərbaycançılığı bütün dünya azərbaycanlılarının ümumilli məfkurəsinə çevirə bildi və əgər bir cümlə ilə ifadə etsək Ümumilli lider Heydər Əliyevin ideya, nəzəri irsinin və fəaliyyətinin ana xəttinin azərbaycançılıq məfkurəsi təşkil edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2003-cü ildə

Prezident seçkiləri zamanı artıq 10 ildən çox idi ki, ərazimizin 20 % i düşmən tapdağında idi. Gənc Prezident bu ümümilli problemi həll etməli idi. 2003-cü ildən keçən 17 ildə ermənilər, dünya erməniliyi, onların havadarları, problemin həllinə səlahiyyəti olan ATƏT-in Minsk qrupu, BMT-nin Təhlükəsizlik Şurası və onun 3 üzvü olan və problemin həllinə məsul ABŞ, Rusiya və Fransa kimi super güclər Qarabağ probleminin həlli və status kvonu uzatmaq üçün çox şey etdilər. Onlar belə hesab edirdilər ki, artıq unudub Azərbaycan xalqı Qarabağı. Çünki Qarabağdan köçkün düşmüş əhalinin xeyli hissəsi dünyasını dəyişib və yeni dünyaya gəlmiş nəsili isə Qarabağa bağlayan heçnə yoxdur. Bu müddətdə həm də ermənilər işğal olmuş rayonları xarabazara çevirdi, bütün tarixi, mədəni, dini abidələrimizi yerlə yeksan etdilər, onları yer üzündən sildi ki, heç izi tozu da qalmasın. Və bu yerlərdə öz qandonduran tarixlərini yaratsınlar. Hətta yer adlarını da dəyişərək özlərinə məxsus eybəcər adlarla adlandırıb özləri üçün saxta xəritələr düzəldirdilər. 2003-cü ildə Prezident seçkiləri ərəfəsində Prezident seçilərsə Heydər Əliyev ideyalarına sadiq qalacağını bəyan edən Prezidentimiz cənab İlham Əliyev bütün istiqamətələrdə olduğu kimi əsas məfkurəmiz olan Azərbaycançılıq ideologiyasınıda daim inkişaf etdirmək, zənginləşdirmək və ona yeni çalarlar əlavə etməkdədir. Qarabağ uğrunda mübarizəni özünün məfkurə mübarizəsi hesab edən cənab Ali Baş Komandan bu mübaizədə qalib gələcəyinə əmin idi. Lakin bu qələbənin zamanını gözləmək lazım idi. Bu məfkurənin başında duran, ona gün kimi inanan Prezident İlham Əliyev bütün hazırlıqları ilə - ölkənin iqtisadiyyatını möhkəmləndirmək, ordu quruculuğunu yüksək səviyyədə qurmaq, ölkənin beynəlxalq nüfuzunu artırmaq və dünyada söz sahibinə çevirmək, ən yaxın qonşuları ilə münasibətlərini ən yüksək səviyyəyə qaldırmaq Azərbaycan haqq işini, ədalət mübarizəsini dünya ictimaiyyətinə çatdırmaq və Azərbaycanın haqlı olduğunu inandırmaq, bu problemin hüquqi əsaslarını hazırlamaq və beynəlxalq səviyyədə onun qəbul edilməsinə nail olmaq, həm də orduda düşmənə nifrət hissini aşılamaqla əsgər və zabitlərimizi bu qələbəyə kökləmək, hazırlamaq lazım idi! Eyni zamanda cəmiyyəti, hər bir azərbaycan vətəndaşını, dünyada yaşayan hər bir azərbaycanlını, azərbaycanda yaşayan etnik qrupları, xalqları, bu mübarizəyə kökləmək və səfərbər etmək vacib idi. Ölkədə xalq-ordu və xalq-iqtidar birliyinə, milli-siyasi həmrəyliyə nail olmaq üçün çox iş görmək lazım idi. Yalnız bu dediklərinə nail olduqdan sonra

qalibiyyəti təmin etmək mümkün olardı. Bütün bunlar üçün İlham Əliyevə 17 illik vaxt lazım oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycançılıq məfkurəsi kontekstində bir Qarabağ məfkurəsi formalaşdırırdı. 2020-ci il sentyanrın 27 –də dünyada və həm də Azərbaycanda heç kəsin ağlına belə gəlmədiyi müqəddəs bir hadisə baş verdi. Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyev Ermənistanın növbəti təxribatına qarşı bütün cəbhə boyu əks hücum əmri verdi. Sən demə zaman həmin gün imiş. Cənab İlham Əliyev Qarabağ məfkurəsini təkcə bir partiyanın, bir qrupu deyil bütöv bir millətin ideologiyasına çevirə bilibmiş. Sentyabrın 27-də Azərbaycanda hər kəs Qarabağlı oldu, əsgərindən generalınadək, uşaqdan-böyüyədək, hamı bir nəfər kimi. Ən böyük Qarabağlı isə Ali Baş Komandan, Prezident İlham Əliyev idi. Hər kəs Qarabağ məfkurəsi uğrunda, mübarizəyə qoşulmuşdu. Hər kəsin ürəyi Qarabağla döyünürdü, hər bir Azərbaycanlının nəbzi Qarabağla vurudu. Səfərbərlik idarələrinin qarşısında cəbhəyə yollanmaq üçün könüllülər növbəyə dayanmışdı. Hamı bu günü gözləyirmiş. Şairin şeirinin misrasından əsgər çəkmələrinin səsi, musiqiçilərimizin nəğmələrindən avtomat gülləsinin ritmi eşidilirdi. Bir sözlə bütün Azərbaycan və azərbaycanlılar başda Qarabağ məfkurəsinin yaradıcısı, Ali Baş Komandan İlham Əliyev olmaqla nəfəsini Qarabağla alırdı. Hər gün yeni tarix yazılırdı. 44 gün ərzində bu məfkurə uğrunda mübarizəyə 30 illik bir tarix sığışdı. Kəndlər, şəhərlər bir-bir azad edildikcə, hər bir azərbaycanlıda yeni bir ovqat, yeni bir istək, yeni bir arzu yaranırdı. Azərbaycan vətəndaşının ürəyi köksünə sığışmırdı. Ürək sevincdən sıyrılıb çıxırdı insanın köksündən. Bunların hamısı amal uğrunda, məslək uğrunda, mübarizədə insanların ifadə forması idi: İndi 44 günlük müharibə arxada qalıb. Müqəddəs "Vətən Müharibəsi” nin ağrı-acılarını hələ uzun müddət içimizdə, qəlbimizdə, beynimizdə, yaddaşlarımızda yaşadacağıq. İndi şahidlərimiz şəhidlərimizin, qazilərimizin, fədailərimizin igidliyindən, qəhrəmanlığından, ölməzliyindən danışdıqca bu qələbənin necə başa gəldiyini dərk etməyə başlayırıq. Bu günlərdə sosial şəbəkələrdə bir xəbər paylaşılmışdı. Səhv etmirəmsə onu Milli Məclisin üzvü hörmətli Qüdrət Həsənquliyev paylaşmışdı. Həmin sətirləri oxuduqca düşünürdüm. Bax budur Qarabağ məfkurəsi uğrunda, Qarabağ məsləki uğrunda mübarizənin təcəssümü, ifadəsi. Bu qan donduran sətirləri oxuduqca insanın qanı donurdu. Yox təkcə donmurdu, həm də coşurdu. "Bu müharibədə canlı

olaraq nələr gördük? Öz oğlunun tabutu qabağında oynayan ana, öz nişanlısının ölümündən sonra intiar edən qız, öz ərinin cənazəsini çiynində daşıyan qadın, öz qızının bağırsaqlarını hönkürə-hönkürə yerdən yığan ata, öz oğlunun qəbrinə girib oğlumla yatmaq istəyirəm deyən ana, əli, qolu olmaya- olmaya mən vətən üçün heçnə edə bilmədim deyən qəhrəman, ürəyində qəlpə ola-ola canım qurban bu vətənə deyən əsgər, əsgərinə bu mənim qardaşımdır deyən General, öz oğlunun məzarında Xocalı qisası almısan buna görə ağlamıram deyən ana, can verəndə qızım üçün darıxıram deyən əsgər, öz uşaqlarının corablarını cibində gəzdirib, döyüşə girəndə onları öpən əsgər, oğlunun tabutu gələndə xonça ilə qarşılayan ana, hospitalda can verərkən axı niyə Şuşanı görmədim deyib Suqovuşanda yaralanan əsgər, özü can versə də Şuşada öz döyüş yoldaşını ölümdən qutaran əsgər, siz evlisiz, mənsə subay deyərək erməni generalını öldürüb, zabit heyətimizi ölümdən qutarıb Polad Həşimovun qisasın alan əsgər, Yırtıq ayaqqabı ilə "ASAN” xidmətə gəlib, pensiyasını əsgərlərə hədiyyə edən qoca kişi, oğlunun cənazəsi gələn yolu əyilib öpən və "südüm sənə halal olsun oğul" deyən ana, sən idmanla məşğul olmusan, canavar kimi öldür onları, məhv et deyə nəvəsinə ruh verən nənə, döyüşə getmək üçün hərbi çağırış komissiyasının işçiləri ilə dalaşan oğullar, döyüş bölgəsinə könüllü yollanan həkim qadınlar, canından keçməyə hazır könüllü yazılmış cəsur qadınlar,” bir gündə iki oğlunun cənazəsini torpağa tapşıran ata, iki oğlundan birini dəfn edib, evə qayıdanda ikinci oğlunun cənazəsini qarşılayan ana. Şuşada əlbəyaxa döyüşdə əli silaha çatmayanda dişi ilə düşmənin damarını parçalayan aslan igidlər, yaralanıb zorla ayağa duran və düşməni öz əlləri ilə cəhənnəmə vəsil edən, öz döyüş yoldaşlarını xilas etmək üçün özünü qumbaranın üstünə atan Azərbaycan Əsgəri.Və nəhayət yumruq kimi birləşmiş əlli milyon azərbaycanlı,başda Türkiyə olmaqla ona dəstək və qardaş olan ölkələr. Bu 17 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan dövləti, dövlətçiliyi və xalqı üçün çox işlər gördü. Lakin Qarabağ qələbəsi o işlərin zirvəsidir. Cənab İlham Əliyev son 30 illik Azərbaycan xalqının və dövlətçiliyinin tarixinə qızıl səhifələr yazdı, Qalib Sərkərdə və Dövlət Başçısı kimi daxil oldu və bu misilsiz Qələbə ilə əbədiyyət qazandı. Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!

 

YAP Binəqədi rayon təşkilatının sədri

Ramiz Göyüşov



997 oxunub

InvestAZ