XƏBƏR LENTİ
24 Yanvar 2021
23 Yanvar 2021
22 Yanvar 2021



Prezidentin Xankəndi, Xocalı ilə bağlı xüsusi qeydi
Gündəm 17:55 / 01.12.2020

Prezident hamını maraqlandıran suallara da cavab verdi.

Yenisəs.az  Axar.az-a istinadən  xəbər verir ki, bu fikirləri QAFSAM-ın sədr müavini Nazim Cəfərsoy Prezident İlham Əliyevin xalqa müraciətini və müraciətdə qaldırılmış məsələləri şərh edərkən qeyd edib.

O vurğulayıb ki, azərbaycanlı qaçqınların əvvəl yaşadıqları yerlərə, yəni Xankəndi, Xocalı və Xocavəndə qayıdacağı xüsusi qeyd edildi:

"Fikrimcə, buna da təhlükəsizlik və texniki işlər üçün müəyyən vaxt lazım olacaq. Onsuz da Ağdama və ya Füzuliyə də əhalinin faktiki qayıtması üçün vaxt lazımdır. Orda yaşayış şərtlərini yaratmalıyıq.

Qarabağ ermənilərinin Azərbaycan vətəndaşı olacağı bildirildi. Yəni bölgədə Azərbaycan qanunları keçərli olacaq. O qanunlar Xankəndidə, Xocalıda və digər yerlərdəki rəsmi binalarda Azərbaycan bayrağının qaldırılmasını, bütün təhsil qurumlarının Azərbaycan Təhsil Nazirliyinin tabeliyinə verilməsini tələb edir. Düşünürəm ki, təhsildə pedaqoji prosesə uygun olaraq mərhələli müvəqqəti keçid dövrü olacaq.

Hüquqi məsuliyyət və təzminat barədə qərarlılıq və işlərin davam etdiyi bir daha vurğulandı.

Naxçıvana koridor məsələsi də bir xeyli aydınlaşdı. Məncə, o koridorun eni azı Laçın koridorunun eni qədər olacaq. Və sadəcə avtomobil yolu yox, dəmiryolu da olacaq. Prezident dəmiryolunu niyə ruslarla müzakirə etdiyimizi də izah etdi”.


975 oxunub

InvestAZ