XƏBƏR LENTİ
16 Yanvar 2021
15 Yanvar 2021
14 Yanvar 2021



Müharibədə iştirak edən tələbələr təhsil haqqından azad edildi
İqtisadiyyat 11:42 / 01.12.2020

Qərbi Kaspi Universitetinin rəhbərliyi İkinci Qarabağ Müharibəsinin iştirakçısı olan tələbələrlə bağlı qərar qəbul edib.

Yenisəs.az  xəbər verir ki, döyüşlərdə iştirak edən cari tələbələr və akademik məzuniyyətdə olan tələbələrin təhsil haqqını universitet öz üzərinə götürüb. Qərar eyni zamanda universitetin Kollecinin tələbələrinə addir. Bu barədə məlumat universitetin sosial şəbəkə səhifələrində yayımlanıb.

Qeyd edək ki, universitetin 13 tələbəsi döyüşlərdə iştirak edib, onlardan üçü qəhrəmancasına şəhid olub.

Xatırladaq ki, Qərbi Kaspi Universiteti müharibə dövründə Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat ianə köçürmüşdü, Sərhəd Qoşunlarına iki avtomobil ("Pickup" və "Niva") hədiyyə etmişdi və Bərdə Xəstəxanasına zəruri tibbi ləvazimatlar, yataq dəstləri və hospital şəraitində istifadə olunan digər ləvazimatlar göndərmişdi.(modern.az)


2809 oxunub

InvestAZ