İranın Sənəndac şəhərində partlayış baş verib.
Yenisəs.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Bildirilib ki, Sənəndac şəhərində yerləşən kimya zavodunda dalbadal 2 partlayış səsi eşidilib.
Hadisə ilə bağlı rəsmi məlumat yoxdur.
Qeyd edək ki, 27 noyabrda İranın nüvə fiziki Möhsün Fəxrizadə Tehran yaxınlığında qətlə yetirilib.(axar.az)