XƏBƏR LENTİ
16 Yanvar 2021
15 Yanvar 2021
14 Yanvar 2021



“Ruhlar şəhəri”nə çevrilmiş Qafqazın Xirosiması - Nurəddin ƏDİLOĞLU yazır
YAZARLAR 09:48 / 30.11.2020

Odlar yurdunda əzəldən od, su, torpaq, hava müqəddəs sayılıb. Məqsədimiz bu nemətlərin müqəddəsliyi, həyatvericilik gücü haqqında çox danışmaq deyil. Yaradanın bu nemətlərinə Qarabağda 30 ilə yaxın müddət ərzində ermənilərin vəhşi münasibəti dünyaya bu millətin iç üzünü göstərir. Bu gün azad olunmuş ərazilərimizdə yüzminlərlə hektar münbit torpaqların sinəsinə vurulan yaraları, minalanmış ərazilərin yararsız hala salınmasını görəndə adam bir daha əmin olur ki, bəşər tarixində tayı-bərabəri olmayan belə vəhşilikləri yalnız "böyük Ermənistan" xülyası ilə torpaqlarımıza göz dikən bir millətin hərbçiləri törədə bilərlər.

Erməni işğalının xarabazara çevirldiyi rayonlarımızdan biri də Ağdamdır. Ən vəhşi mənzərə Cəbrayılda, Füzulidə, Zəngilanda olduğu kimi, Ağdamda da məscidlərimizin, qəbiristanlıqlarımızın darmadağın edilməsidir. Türk xalqına, İslam dininə nifrət hissi ermənilərdə o qədər kin-kidurət yaradıb ki, məscidlərimizi tövlə edib, məzarlarda yatan ölülərimizi belə rahat buraxmayıblar. Məzar daşlarını gülləbarana tutmaları bir yana, erməni faşistləri goreşənlər kimi qəbiristanlıqlarda bütün məzarları eşərək, cəsədlərin qalıqlarını çıxarıb sümükləri ətrafa yayıblar... Bu, dünya tarixində görünməmiş erməni murdarlığıdır. Sonu görünməyən bu cür murdarlıqlar nə odda yanar, nə suda təmizlənər.

Erməni işğalının 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurduğu Ağdamın adını on il əvvəl Dağlıq Qarabağ separatçıları dəyişərək "Akna" qoymuş və rayonun işğal edilmiş ərazilərində ermənilər qanunsuz olaraq məskunlaşdırılmışdılar. Üstəlik Ermənistan məktəbləri üçün hazırlanan dərsliklərdə qondarma "Dağlıq Qarabağ respublikası”nın xəritələri dərc edilərkən orada işğal edilmiş bütün torpaqlar kimi, Ağdam da bu qondarma quruma aid edilmişdi. Halbuki Ağdam sözü qədim türk dilində "kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşayan türkdilli qəbilələr özlərini müdafiə etmək üçün, əsasən, kiçik qalalar tikərdilər. Sonralar "Ağdam" kəlməsinin günəş

şüaları ilə nurlanmış "işıqlı, ağ bina" anlamı qazandığı da bildirilir. Bunun əsl səbəbini XVIII əsrdə Pənahəli xanın özünə ağ daşdan ev tikdirməsi ilə əlaqələndirirlər. Həmin ev bir-biri ilə həmahəng olan tikililərdən ibarət bütöv bir kompleks - ağ imarət idi. Cavanşirlər özləri bura İmarət, yəni mülk deyirdilər. Mənbələrdə yazılanlara görə, Bayat və Şahbulaqdakı qalalar və Şuşada nəhəng bir qalası olsa da, Panahəli xan geniş çöllərlə əlçatmaz dağların qovşuşuğundakı Ağdam qərargahını çox sevərmiş. Rus alimlərinin isə apardıqları araşdırmalara görə, Ağdam-ağ Adəm, ilk insan mənasını verməklə dünyanın ən qədim yaşayış məskənlərindən də biridir. Dünya tarixində ilk dəfə olaraq ən qədim buğdanın bu ərazidə tapılması ilk insanın – Adəmin burada yaşamasının sübutu kimi qiymətləndirilir. Azərbaycanın belə qədim və çox zəngin tarixə malik olan Ağdamın ərazisində çoxlu memarlıq və incəsənət abidələri vardı. Əfsus ki, işğalçı rejim İkinci Qarabağ müharibəsinin son günlərinədək Ağdamda qanunsuz arxeoloji qazıntılar aparmış və tapılmış eksponatlar Ermənistana daşınmışdı. Görəsən həmişə zənciri özgəsinin əlində olan erməni "alimləri” bu qədim diyarın altını üstünə çevirəndə nəyi və kimi axtarıb tapmaq niyyəti güdüblər?

Tarixi salnamələrdə yalançı tarixçi kimi xatırlanan Əhəməni hökmdarının şəxsi həkimi Ktesi uydurduğu tarixi səhnələrə uyğun olaraq öz dostlarının, ona xidmətçi kimi ayrılmış insanların da adını yazırmış. Görünür, erməni "alimləri” də uydurma tarix yazmağı Ktesiydən öyrəniblər. Tiqrana gəlincə, Plutarxa istinadən tarixi araşdırmaçılar bildirirlər ki, Likulun hücumu ilə üzləşən Tiqran elə ilk döyüşdə arabasını atıb, onun qarşısında dovşan kimi qaçıb. Likul Fərat çayını keçib Ermənistana gəldi. Yəni Ağdama, Şahbulağa deyil, məhz Fərat çayının sahilində olan kiçik bir əraziyə... Tiqrankertdə isə zorla yerləşdirilən yunan, kapodokiya, assur və başqa xalqıların yaşadığından bəhs olunur. Burada, nə hay, nə də erməni adı çəkilmir. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Xaqani Ədəboğlunun ”Unudulmuş Turanın çöl çiçəkləri” kitabından belə məlum olur ki, II Tiqranın Ağdama heç bir dəxli olmasa da, erməni "goreşənləri” burada güya onun adını daşıyan Tiqranakerti

axtarırmışlar: "...qotur Tiqranı Fəratın kənarında itirib, Qarabağda axtaran bir topluma deyəcək söz yox, mərmilər seçilməlidir.”

Əlbəttə, nəinki mərmilər, erməni qəsbkarlarının başına od yağdıran Milli Ordumuz müasir PUA-larla da öz "sözünü” dedi. Amma vicdanı qısırlaşmış erməni tarixçiləri və siyasətçiləri bu gün də öz murdar niyyətlərindən əl çəkmirlər. Bu "mübarizə” Qafqazda narahatlıq doğuran, qonşulara baş ağrıları gətirən Don Kixotluqdan savayı bir şey deyiıl.

Bu gün Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının videogörüntülərində Ağdamı, Kəlbəcəri tərk edərkən ermənilərin tikililəri necə dağıtdığı, evlərə, ağaclara od vurub yandırdıqları və digər vandal hərəkətləri aydın görünür. Bəli, erməni vandalları 30 il ərzində azərbaycanlılara məxsus ev-eşikləri, məscidləri – məbədləri dağıdıb, şəhər və kəndlərdə daşı-daş üstündə qoymayıb, meşələri yandırıb, amma Azərbaycan ruhunu, birliyini nə dağıda, nə də sarsıda bilmədilər... Özünə aid olmayan torpaqlarda Azərbaycan əsgəri tərəfindən diz çökməsini həzm etməyən erməni toplumu hətta dünya mediasının gözü qarşısında hər cür əməllərə əl atır.

Dünya ermənilərin iç üzünü hələ irəlidə çox görəcək. Bugünlərdə baş qərargahı Fransanın Lion şəhərində yerləşən "Euronews” kanalı erməni işğalından azad edilmiş Ağdamdan "Qafqazın Xirosiması” adlı reportaj hazırlayıb, doqquz dildə yayımlanan reportajda bildirilir ki, Ağdam şəhəri 27 il bundan əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb, hazırda şəhərin ərazisi minalardan təmizlənir və bunun üçün onilliklər lazımdır. Burada erməni hərbi birləşmələrinin törətdikləri vəhşilikləri, insanlığa sığmayan cinayətləri görən hər kəs bu cür vandallığı Xirosima faciəsi ilə müqayisə edir.

Onu da unutmaq olmaz ki, İkinci Dünya müharibəsində alman faşistləri Almaniyasının işğal etdikləri kəndləri, şəhərləri uzaqbaşı 3-4 il ərzində dağıtmışdı, ona görə də qısa müddətdə həmin şəhər və kəndlər bərpa olundular, amma mənfur erməni faşistləri Ağdam, Cərbayıl, Zəngilan və başqa yurd yerlərimizi 30 ilə yaxın dağıdıblar.

Şübhəsiz ki, Vətən uğrunda minlərlə şəhid verən, məcburi köçkünlük taleyi yaşayan ağdamlıların torpaq sevgisi, Vətən məhəbbəti çox

güclüdür. Bu hisslər ağdamlıların, eləcə də işğaldan azad edilmiş digər şəhər və rayonlarımızın sakinlərinə xasdır. Elə bu sevgi, Vətən məhəbbəti də Qarabağımıza yeni həyat verəcək, işğaldan azad olunmuş şəhər və kəndlərimiz, ocümlədən Ağdam yenidən dirçəldəcək…

27.11.2020.


1340 oxunub

InvestAZ