Bu gecə Bakıda baş verən avtomobil qəzası nəticəsində Azərbaycan Tibb Universitetinin 3 tələbəsi - Tuncay Məmmədov, Sahil Əlirzayev və Yeganə Məmmədova həlak olublar. Digər tələbəmiz İlkin Ağamirzəyev isə ağır yaralanıb.
Yenisəs.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Universitetdən bildirilib.
Qeyd edilib ki, onların hamısı koronaviruslu xəstələr üçün olan modul tipli klinikada könüllü kimi çalışıblar. COVİD-19-la mübarizədə digərlərinə kömək olan gələcək həkimlərimiz özləri dəhşətli qəzanın qurbanı olublar.
Qeyd edək ki, dünyasını dəyişən Tuncay Məmmədov və Sahil Mustafazadə ATU-nun V kurs tələbələri, Yeganə Məmmədova isə Müalicə Profilaktika Fakültəsinin VI kurs tələbəsi olub. Hazırda həyatı uğrunda mübarizə aparılan İlkin Ağamirzəyev isə ATU-nun V kurs tələbəsidir.