Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsində yaşayış binasında (Viktoriya yaşayış kompleksi) yanğın olması barədə məlumat daxil olub.
FHN-dən
verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin
yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin
müvafiq xilasetmə qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub.52 elektrik sayğacı yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında deyilir.
Yanğın zamanı 37 nəfər bina sakini (onlardan 7 nəfəri azyaşlıdır) yanğınsöndürənlər və xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.
Sayğacların qalan hissəsi, mənzillər və mebel sexi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.