XƏBƏR LENTİ
16 Yanvar 2021
15 Yanvar 2021



Aqil Abbas Ağdama getdi
Gündəm 12:34 / 28.11.2020

Milli Məclisin deputatı Aqil Abbas işğaldan azad olunmuş Ağdam şəhərinə baş çəkib.

 

Yenisəs.az bildirir ki, bu barədə   millət  vəkili özü məlumat verib. O qeyd edib ki, hazırda Ağdamdakı vəziyyətlə tanışlıq üçün doğma torpaqlarına yollanıb.

Deputat viran edilmiş Ağdamda gördükləri haqqında mediaya ətraflı məluat verəcəyini söyləyib.

Xatırladaq ki, Aqil Abbas 1953-cü il aprelin 1-də Ağcabədi rayonunun Kolalı kəndində doğulub. 1955-ci ildə 2 yaşında olarkən ailəsi ilə birlikdə Ağdama köçüb.  

 

Qeyd edək ki, deputat 83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən Milli Məclisə üzv seçilib. Hazırda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, həmçinin Mədəniyyət komitəsinin üzvüdür.


1018 oxunub

InvestAZ