Ermənistan baş naziri Nikol Paşinyan xalqa müraciəti zamanı arvadı Anna Akopyanla bağlı epizoda toxunub.
Yenisəs.az Modern.az-a istinadən xəbər verir ki, keçmiş Baş Qərargah rəisi, general-polkovnik Movses Akopyan Anna Akopyanın Xankəndində ordunun mərkəzi idarəetmə məntəqəsində olduğunu söyləmişdi.
Paşinyan bu faktı təkzib etməyib.
"Əhalinin 70%-nin tərk etdiyi şəhərdə mənim həyat yoldaşım da hardasa gizlənməli idi. O şəxsən əhaliyə su və ərzaq paylayırdı. Onun bu vətənpərvər səylərini niyə mənfi şəkildə işıqlandırmalıyıq?”-deyə Paşinyan müraciətində əlavə edib.
O, Qarabağ döyüşləri zamanı
cəmiyyətə yalan xəbərlər verməsi barədə ittihamları rədd
edib. Paşinyanın fikrincə, hərbi vəziyyət şəraitində əhalini panikaya
salmaq qadağan idi.