XƏBƏR LENTİ
16 Yanvar 2021
15 Yanvar 2021
14 Yanvar 2021



Ermənistan bu əraziləri də itirəcək
SİYASƏT 13:03 / 27.11.2020

Ermənistanın Baş naziri Nikol Paşinyan əlavə ərazilərin, o cümlədən Ermənistanın içərisində olan ərazilərin Azərbaycana verilməsi haqqında məxfi danışıqlar aparıb.

Yenisəs.az  Axar.az -a istinadən xəbər verir ki, bu fikirlər "Razminfo" saytının koordinatoru, erməni analitik Karen Vartanesyan bölüşüb.

"Nikol sənədi imzaladı və bu sənəd faktiki olaraq Qarabağı Azərbaycanın tərkibində tanıdı. İndi Azərbaycan neftdən başqa böyük qızıl mədənləri sərvətinə də sahib olacaq. Üstəlik, Bakı kompensasiya tələbi ilə beynəlxalq məhkəməyə müraciət edir. Sizcə, bu halda Ermənistanın hansı şansı var? Heç bir!" - deyə o qeyd edib.

Vartanesyanın sözlərinə görə, yaxın zamanlarda Ermənistan cəmiyyəti daha bir sıra ərazilərin Azərbaycanın tərkibinə keçdiyini eşidəcək.


1191 oxunub

InvestAZ