XƏBƏR LENTİ
21 Yanvar 2021
20 Yanvar 2021
19 Yanvar 2021



Paytaxtda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq
Gündəm 12:51 / 27.11.2020

Son günlərdə COVID-19-a yoluxanlarının sayında kəskin artımın olması nəzərə alınaraq, noyabrın 28-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə  məlumat  Bakı Şəhər İcra Hakimiyyətindən verilib.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.


931 oxunub

InvestAZ