XƏBƏR LENTİ
24 Yanvar 2021
23 Yanvar 2021
22 Yanvar 2021



XİN rəhbərlərinin telefon danışığı olub
SİYASƏT 10:41 / 27.11.2020

2020-ci ilin 26 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq Naziri Luici Di Maio ilə telefon danışığı baş tutub.

Yenisəs.az-ın məlumatına görə  XİN-dən APA-ya bildirilib ki, nazirlər bölgədə mövcud son vəziyyəti müzakirə edib, o cümlədən 9 noyabr 2020-ci il tarixli tam atəşkəs və hərbi əməliyyatların dayandırılması ilə əlaqədar imzalanmış üçtərəfli bəyanatın icrası və bəyanatdan irəli gələn bir sıra məsələlərin həyata keçirilməsini vacibliyini, bu bəyanatın bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin edilməsi baxımından əhəmiyyətini vurğulayıblar.

Nazirlər, həmçinin ölkələr arasında mövcud olan ikitərəfli əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparıblar. Çoxtərəfli formatlarda əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə ediblər.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.


948 oxunub

InvestAZ