XƏBƏR LENTİ
24 Yanvar 2021
23 Yanvar 2021
22 Yanvar 2021



Azərbaycana qarşı təxribat:
SİYASƏT 12:36 / 26.11.2020

"Qərbdəki erməni diasporu Paşinyanın Putinin nəzarətinə keçməsinə imkan vermək istəmir”.

Yenisəs.az Teleqraf.com-a istinadən  xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Ekspert Fransa Senatının Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin "müstəqilliyinin” tanınmasına diqqət çəkib: "Fransadan sonra bir sıra ölkələr də Dağlıq Qarabağın "müstəqilliyini” tanıya və ya statusla bağlı təxribatlara əl ata bilərlər.

Hesab edirəm ki, Rusiyanın Cənubi Qafqazda hərbi varlığına qarşı ciddi gedişlərin şahidi ola bilərik. İstisna deyil ki, Fransanın ardından Hollandiya, Kanada, Belçika, Avstraliya, Uruqvay, Argentina Dağlıq Qarabağla bağlı spekultasiyaya yol versinlər.

Həmin ölkələr bölgədə müharibənin yenidən başlanmasını istəyirlər. Bu işə ümumdünya erməni diasporası milyonlarla pul ayırıb. Qərbdəki erməni diasporu Paşinyanın Putinin nəzarətinə keçməsinə imkan vermək istəmir”.


805 oxunub

InvestAZ