Ermənistan ordusunun motoatıcı hərbi hissələri Kəlbəcər rayonunu tərk edib.
Bu barədə rusiyalı jurnalistlər dünən gecə saatlarında hadisə yerindən xəbər verib.
"Müharibə müddətində burada qaldıq və Azərbaycana heç nə vermədik.
İndi Azərbaycan əsgərləri bizdən 12 kilometr məsafəyə çatıblar. Dağlarda
postlarımızı götürdük və bundan sonra hərbi hissələri dağıdıb ərazini
tərk edirik. Hazırda bizim bölmələrimiz ərazini tərk edən
sonunculardandır”,- motoatıcı hərbi hissənin komandiri deyib.(Teleqraf. com)