Çoxları hesab edir ki, müharibə bitib və bizim uşaqlarımız təhlükəsizlikdədir. Bu, tamamilə yalandır. Heç nə bitməyib və Nikol Paşinyan çox şey verə və məhv edə bilər.
Yenisəs.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində erməni hərbi ekspert Karen Vrtanesyan paylaşıb.
"1990-2018-ci illərdə Ermənistanın çox problemləri vardı. Paşinyan onların həlli üçün heç bir addım atmayıb. Müharibə bitməyib və o hələ çox şey verə bilər. Böyük itkilərin olacağı müharibə riski acı reallıqdır. Bu riskin azaldılması üçün yeganə imkan Paşinyanın istefasıdır”, – deyə o bildirib.