XƏBƏR LENTİ
16 Yanvar 2021
15 Yanvar 2021
14 Yanvar 2021



Erməni tülkülüyü
Sağlamlıq 08:09 / 25.11.2020

Sosial şəbəkələrdə Azərbaycan əsgərlərinin yemək yeyərkən turşu və mürəbbədən istifadə etməsi və bunların "ermənilərdən qalması”nı bildirməsi videolarının yayılmasından sonra ermənilər tələ hazırlamağa qərar veriblər.

Yenisəs.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilir ki, Azərbaycan Ordusunun nəzarətinə verilən və veriləcək rayonlardan çıxan ermənilər qəsdən bu cür "ərzaq”lar saxlayırlar. Ehtimal edirlər ki, Azərbaycan əsgərləri evlərə baxış keçirərkən bu ərzaqları tapacaq və istifadə edəcəklər. Ona görə də həmin turşu, mürəbbə və s. kimi qablaşdırılmış məhsulları zəhərləyib, evlərin görünən yerində qoyub gedirlər.

Sosial şəbəkə istifadəçiləri bu tip ərzaqlara əl vurmaması üçün əsgərlərimizə çağırış ediblər.

Qeyd edək ki, yaşayış məskənlərinin minalanması, qapılara, evlərin girişinə partlayıcı maddələrin qoyulması kimi alçaqlıların da müşahidə edildiyi haqda məlumatlar var.


804 oxunub

InvestAZ