CNN Türk kanalının müxbiri Fulya Öztürk koronavirusa yoluxub.
Bu barədə türk jurnalist özü İnstaqram hesabında məlumat yayıb.
O bildirib ki, ötən həftə Azərbaycandan Türkiyəyə qayıdıb. Həmin gün koronavirus testinin nəticəsi mənfi olub, ancaq sonradan onda virus aşkarlanıb.
Qeyd edək ki, F.Öztürk Vətən müharibəsinin ilk günündən son gününədək cəbhə bölgəsində olub.