XƏBƏR LENTİ
21 Yanvar 2021
20 Yanvar 2021
19 Yanvar 2021



Kəlbəcər Ordumuza təhvil verildi
Gündəm 07:22 / 25.11.2020

Bu gün Kəlbəcər rayonu 27 illik işğaldan sonra Azərbaycan Ordusunun nəzarəti altına keçir.

Yenisəs.az  Axar.az -a  istinadən  xəbər verir ki, artıq Ordumuzun Kəlbəcər rayonuna daxil olması barədə görüntülər də yayılıb.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan - Üçtərəfli 10 noyabr bəyanatına əsasən, Kəlbəcər rayonu noyabrın 15-i Ordumuzun nəzarəti altına keçməli idi, ancaq erməni tərəfi yolun dar olduğunu əsas gətirərək və bu müddətdə rayonu tərk etməyin mümkünsüz olduğunu "səbəb" göstərərək, Rusiya vasitəsilə Azərbaycandan noyabrın 25-ə qədər vaxt verilməsini xahiş etmişdi. Rəsmi Bakı növbəti dəfə humanistlik göstərərək ermənilərin Kəlbəcəri tərk etməsinə şərait yaratdı.

Ermənilər isə Kəlbəcərdən çıxarkən bütün daşınan əmlaklarını özləri ilə aparmaqla bərabər, evlərə, məktəblərə, meşələrə od vurur, apara bilmədikləri ev heyvanlarını öldürürlər.


1111 oxunub

InvestAZ