XƏBƏR LENTİ
20 Yanvar 2021
19 Yanvar 2021
18 Yanvar 2021



Bakıda axtarışda olan şəxslər tutuldu
KRİMİNAL 13:22 / 24.11.2020

Bakıda axtarışda olan şəxslər tutulub.

Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olan F.Tomarov və S.Əliyev paytaxtın Xətai rayonu ərazisindəki kirayə yaşadıqları evdə saxlanılıblar.

Evə baxış zamanı oradan 3 kiloqram heroin, 1 kiloqram metamfetamin, 200 qram həşiş, 50 qram tiryək, 1500 ədəd metadon həbləri və elektron tərəzi aşkar edilərək götürülüb.( publika.az)


680 oxunub

InvestAZ