XƏBƏR LENTİ
20 Yanvar 2021
19 Yanvar 2021
18 Yanvar 2021



BQXK Qarabağa 500 əməkdaş göndərmək istəyir
SİYASƏT 10:26 / 24.11.2020

Beynəlxalq Qızıl Xaç Komitəsi Qarabağ bölgəsinə əlavə 400-500 əməkdaş göndərməyi planlaşdırır.

Bunu BQXK-nin sədri Peter Maurer deyib.

O bildirib ki, bundan əvvəl BQXK-nın regiondakı missiyasının büdcəsi 10,96 milyon ABŞ dolları təşkil edirdi, 2021-ci ildə isə büdcə 49,31 milyon dollardan çox olacaq.

"Yəni biz iştirakımızı dörd dəfə artıracağıq. Bizim orada çox az işçimiz var. Daha 400-500 nəfəri regiona göndərmək istəyirik”, - komitə sədri qeyd edib.(Axar.az)


475 oxunub

InvestAZ