XƏBƏR LENTİ
02 Dekabr 2020
01 Dekabr 2020
30 Noyabr 2020



Prezidentin general rütbəsi verdiyi Seyidov kimdir?
MƏMLƏKƏT 17:54 / 20.11.2020

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Kənan Seyidova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Kult.az xəbər verir ki, Azərbaycan Respublikasının Quru Qoşunlarının zabiti olan Kənan Seyidovun fəaliyyəti ilə seçilən hərbçilərdən olduğu bildirilir.

K.Seyidov 2003-cü ildə kapitan qismində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. 11 il sonra, 2014-cü ildə isə Prezidentin sərəncamı ilə "Vətən uğrunda” medalına layiq görülüb.

O, 2016-cı ildə Aprel döyüşləri zamanı göstərdiyi qəhrəmanlığa görə ölkə başçısının sərəncamı ilə "İgidliyə görə” medalı ilə təltif edilib.


873 oxunub

InvestAZ