XƏBƏR LENTİ
02 Dekabr 2020
01 Dekabr 2020
30 Noyabr 2020



Ağdam Cümə məscidində 27 ildən sonra ilk dəfə azan oxundu - Video
Gündəm 15:42 / 20.11.2020
rmənistanın işğalından azad edilən Ağdamda 27 ildən sonra ilk dəfə azan səsləndirilib.

Teleqraf.com xəbər verir ki, Azərbaycanın bir qrup din xadimi noyabrın 20-də Ağdamın mərkəzində yerləşən Cümə məscidinə gediblər.

Dindarlar məsciddə azan verib, namaz qılıblar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub.



739 oxunub

InvestAZ