XƏBƏR LENTİ
02 Dekabr 2020
01 Dekabr 2020
30 Noyabr 2020



Merkeldən kritik açıqlama
DÜNYA 12:59 / 20.11.2020

Avropa İttifaqının Liderlər Sammitində Türkiyə mövzusu müzakirə ediləcək.

Yenisəs.az  Teleqraf.com-a istinadən  xəbər verir ki, bu barədə Almaniya Kansleri Angela Merkel açıqlama verib.

"Dekabrın 10-da keçiriləcək Avropa İttifaqının Liderlər Sammitində Türkiyə mövzusu müzakirə ediləcək, bununla bağlı razılaşdıq. O vaxta qədər təbii ki, hadisələrin inkişafına baxmalı və sonra qərar verməliyik, bu gün heç nə deyə bilmərəm. Bircə onu deyə bilərəm ki, hazırda işlər istədiyimiz kimi getmir”, - Merkel bildirib.

Kansler Türkiyə ilə bağlı hansı məsələlərin müzakirə predmeti olacağını açıqlamasa da, sammitdə bu ölkənin Aralıq dənizin şərqi və Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı fəaliyyətlərinə toxunulacağı ehtimal edilir.


505 oxunub

InvestAZ