XƏBƏR LENTİ
02 Dekabr 2020
01 Dekabr 2020
30 Noyabr 2020



Şənbə və bazar günləri taksilər işləyəcək
MƏMLƏKƏT 11:25 / 20.11.2020

Şənbə və bazar günləri fəaliyyətinə icazə verilən sahələr arasında taksi fəaliyyətinin göstərilməməsi taksilərin həftəsonları işləməyəcəyi xəbərlərinin yayılmasına səbəb olub.

Yenisəs.az  Trend-ə istinadən xəbər verir ki, həftəsonları taksilər fəaliyyətini davam etdirəcək, taksilərin işi məhdudlaşdırılmayacaq.

Qeyd edək ki, dünən ölkə üzrə karantin müddətinin uzadılması ilə bağlı qərarda noyabrın 21-dən dekabrın 28-dək həftənin şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağan edilsə də, bənddə taksi xidmətlərinin fəaliyyətinin qadağası göstərilməyib.

Xatırladaq ki, ötən gün taksilərin həftə sonu işləməyəcəyi ilə bağlı məlumatlar yayılmışdı.


493 oxunub

InvestAZ