XƏBƏR LENTİ
20 Yanvar 2021
19 Yanvar 2021
18 Yanvar 2021



Stepanakerti unudun, belə bir şəhərimiz yoxdur
SİYASƏT 08:39 / 19.11.2020

Hər kəsdən xahiş edirəm ki, "Stepanakert” adını unutsun. Belə şəhər Azərbaycanda yoxdur, Xankəndi adlı şəhərimiz var. Bu adı yadda saxlamağınızı xahiş edirəm.

Yenisəs.az  Axar.az-a istinadən  xəbər verir ki, bunu RBK-ya müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib. Razılaşmanın necə hazırlanmasından bəhs edən səfir bəyanatın detallarını liderlərin müəyyən etdiyini, texniki işlərin isə XİN və səfirliklər tərəfindən görüldüyünü bildirib.

O, Qafqazda sülh üçün tərəflərin razılaşmanı yerinə yetirməsi gərəkdiyini deyib.

Qeyd edək ki, Qarabağla bağlı imzalanan bəyanatın Rusiya tərəfindən yayımlanan ilkin mətnində "Stepanakert” sözü yer alsa da, sonra Rusiya bu sözü ümumiyyətlə razılaşmadan çıxarıb, onu "Dağlıq Qarabağ”la əvəz ediblər.


1509 oxunub

InvestAZ