Bu gün paytaxt Bakıya yağan güclü yağışlar bir sıra ərazilərdə fəsadlara səbəb olub.
Yenisəs.az Axar.az-a istinadən xəbər verir ki, güclü yağış zamanı paytaxtın "Əhmədli” adlanan ərazisində daş hasar dağılıb və nəticədə yaxınlıqdakı avtomobillər dağıntı altında qalıb.
Yağış suları paytaxtın "Neftçilər” metrosunun yaxınlığında da fəsadlar yaradıb.
Hər iki ərazidə çəkilmiş görüntüləri təqdim edirik: