XƏBƏR LENTİ
19 Aprel 2021
18 Aprel 2021
17 Aprel 2021
16 Aprel 2021



FHN-in yerli strukturları fəaliyyətə başladı
MƏMLƏKƏT 09:56 / 16.11.2020

Azərbaycanın Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə yerli strukturlarının təşkilini davam etdirir.

Bu barədə FHN -dən  məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa şəhər, Cəbrayıl, Zəngilan və Qubadlı rayon Dövlət Yanğından Mühafizə hissələri müvafiq olaraq Şuşa, Cəbrayıl, Zəngilan və Qubadlı şəhərlərində fəaliyyətə başlayıb.

Bütün hissələr xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib.

Xatırladaq ki, bundan əvvəl Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli şəhəri və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli strukturları fəaliyyətə başlamışdı.


2173 oxunub

InvestAZ