XƏBƏR LENTİ
19 Aprel 2021
18 Aprel 2021
17 Aprel 2021
16 Aprel 2021



Xankəndinə qatarla gedəcəyik - VİDEO
MƏMLƏKƏT 09:24 / 16.11.2020

"Səbirsizliklə gözlədiyimiz günləri yaşayırıq. Rəşadətli ordumuz ədaləti bərqərar edib. Əminik ki, yaxın gələcəkdə Yevlax-Xankəndi dəmir yolunun işğal altında qalan hissəsi də azad ediləcək və biz sərnişinlərimizi Ağdama, Əsgərana, Xocalıya çatdıra biləcəyik."

Yenisəs.az xəbər verir ki, bununla bağlı "Azərbaycan Dəmir Yolları" QSC-nin "YouTube" kanalında video paylaşılıb.

Azərbaycan Dəmir Yolları Yevlax-Xankəndi dəmir yolunun Ağdam, Xocalı və Xankəndindən keçən yeni qolunun inşasını müzakirə edir.

Məlumata görə, yeni xəttin uzunluğu 104 km olacaq.

Xəttin Yevlax (final) - Bərdə - Köçərli - Təzəkənd - Ağdam - Əsgəran - Xocalı - Xankəndi (final) stansiyalarından ibarət olacağı ehtimal olunur.


2343 oxunub

InvestAZ