XƏBƏR LENTİ
02 Dekabr 2020
01 Dekabr 2020
30 Noyabr 2020



DTX azad edilmiş ərazilərdə fəaliyyətə başlayır
Gündəm 14:17 / 12.11.2020

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 29 oktyabr 2020-ci il tarixli Fərmanına uyğun olaraq, Dövlət Təhlükəsizliyi Xidmətinin Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı rayonlarında və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli şöbələri xidmətə başlayıb.

Bu barədə DTX-nin İctimai əlaqələr şöbəsindən bildirilib.

Şuşa şəhərinin strateji əhəmiyyəti nəzərə alınaraq, DTX-nin Şuşa şəhər idarəsi təsis edilib və yaxın günlərdə onun fəaliyyəti təmin olunacaq.


1225 oxunub

InvestAZ