XƏBƏR LENTİ
18 Aprel 2021
17 Aprel 2021
16 Aprel 2021



Kontakt Home şəhid övladlarına noutbuklar hədiyyə etdi
MƏMLƏKƏT 12:35 / 12.11.2020

"Kontakt Home” mağazalar şəbəkəsi 2016-cı il "Aprel döyüşləri”ndə və bu ilin "Tovuz döyüşləri”ndə Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini yad ediblər. Şəhidlərin əmanəti olan övladlar ziyarət olunub, onlayn dərslərdə istifadə üçün onlara noutbuklar hədiyyə edilib.

Ziyarət zamanı şəhid ailələri Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən zəfər yürüşündən qürur hissi ilə söz açıblar. Onlar torpaqlarımızın erməni işğalından azad olunması ilə şəhidlərimizin qanının yerdə qalmadığını, qisaslarının alındığını bildiriblər.

Qeyd edək ki, layihə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin dəstəyi ilə həyata keçirilib.

Xatırladaq ki, Kontakt Home Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən mübarizə tədbirlərində və vətənpərvərlik ruhunun yüksək saxlanılması məqsədilə müxtəlif tədbirlər həyata keçirir.

Şəbəkə ölkəmizin şanlı qələbəsi ilə nəticələnmiş son döyüşlərdə yaralanan hərbçilərin müalicəsi üçün Silahlı Qüvvələrə Yardım Fonduna 150 000 manat vəsait köçürüb, səfərbərlik elanı ilə əlaqədar döyüş bölgəsinə yollanmış əməkdaşların ailəsinə ümumilikdə 50 000 manat məbləğində birdəfəlik yardım həyata keçirib.

Bundan əlavə, bu döyüşlərdə şəhid olmuş əməkdaşı Aslan Rzayevin bir yaşlı övladının yetkinlik yaşına (18 yaş) çatana qədər aylıq təminat xərclərini və Azərbaycanda universitetə qəbul olduğu təqdirdə dörd illik təhsil haqqını öz üzərinə götürüb, ailəsinə birdəfəlik maddi yardım edib.

Kontakt Home həmçinin Zəfər döyüşlərində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailə üzvlərinin şirkətə olan kredit borcunu ləğv edib, hərbi əməliyyatlarda iştirakla bağlı çağırılan müştərilərinin və onların ailə üzvlərinin kredit ödənişlərini dayandırıb.


3810 oxunub

InvestAZ