XƏBƏR LENTİ
24 Yanvar 2021
23 Yanvar 2021
22 Yanvar 2021



Türkiyə və Rusiya monitorinq mərkəzində iştirak edəcək - Mövlud Çavuşoğlu
SİYASƏT 10:36 / 12.11.2020

Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatın 5-ci maddəsinə əsasən Türkiyə və Rusiya montorinq mərkəzində iştirak edəcək.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, Azərbaycan indiyə qədər problemi diplomatik yolla həll etməyə səy göstərib, lakin hər dəfə Ermənistan atəşkəsi pozub:

"Hər dəfə Ermənistanın atəşkəsi pozduğunu görmüşük. Bildiyimiz kimi, bəyanata əsasən bəlli bir qrafiklə Azərbaycan torpaqları öz əzəli sahibinə geri veriləcək. Hər dəfə Azərbaycanı atəşkəsə çağıran tərəflərə bizim bir cavabımız vardır, atəşkəs həll deyil, işğalın uzadılmasıdır.

Rusiyanın burada rolunu da yüksək qiymətləndiririk. Önəmli olan bundan sonra atılacaq addımlardır. Üçtərəfli bəyanatın 5-ci maddəsinə əsasən biz də Rusiya ilə birlikdə monitorinq mərkəzində iştirak edəcəyik. Bu prosesi yaxından izləyirik və Azərbaycanla birlikdə burada iştirak edirik".

Türkiyə XİN rəhbəri bəyan edib ki, hər zaman Azərbaycanın uyğun gördüyü həlli dəstəkləyir və dəstəkləyəcəklər:

"Sabah Rusiyadan Türkiyəyə nümayəndə heyəti gələcək və monitorinq mərkəzinin Azərbaycanın hansı bölgəsində qurulacağı müzakirə olunacaq. Monitorinq mərkəzi atəşkəs pozulacağı təqdirdə buna nəzarət edəcək, hər hansı şikayət olduğu zaman araşdırılacaq, eyni zamanda atəşkəsin pozulmasına qarşı tədbirlər görəcək".


1596 oxunub

InvestAZ