XƏBƏR LENTİ
13 Avqust 2022
12 Avqust 2022
11 Avqust 2022



Bakıda komendant saatını pozan avtomobilə atəş açıldı
MƏMLƏKƏT 08:54 / 12.11.2020

Bakıda sürücü komendant saatını pozub.

 Bu barədə Bakı Şəhəri Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev məlumat yayıb.

O qeyd edib ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, BMV markalı avtomobil "Koroğlu” metrostansiyası yaxınlığında komendant saatı ilə bağlı qurulan postda polisin "dayan” əmrinə tabe olmayıb. Bu səbəbdən polis avtomobilin təkərlərinə xəbərdarlıq atəş açmaq məcburiyyətində qalıb. Qaydanı pozan sürücü saxlanılıb və polis bölməsinə gətirilib.


8393 oxunub

InvestAZ