XƏBƏR LENTİ
20 Yanvar 2021
19 Yanvar 2021
18 Yanvar 2021



AZƏRBAYCANIM
Ədəbiyyat 09:29 / 11.11.2020

Dünyanın ən gözəl

müqəddəs yeri

Çətir şəlaləli, İsa bulaqlı

Xarıbülbül ətirli Şuşam!

Azan sədalı, Cümə məscidli

Nisgili boz aha bürünən

Ağdamım!

Kəlbəcər haraylı, Ağoğlan məbədli

Qarabağım!

Uğruna and içdiyim

Üç rəngli bayrağım

Əbədi sönməz hilalım!

Ağuşuna məhəbbətlə qovuşacağım

Namusunu hifz etdiyim

Əsgər qanı və qələbə sevinci

Göz yaşı ilə yoğrulan

Ulu Türk torpağım

Tək varlığım, Vətənim

Bütöv AZƏRBAYCANIM!

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
dosent,Fidan Nizaməddin qızı Abdurəhmanova

6058 oxunub

InvestAZ