XƏBƏR LENTİ
22 Oktyabr 2021
21 Oktyabr 2021
20 Oktyabr 2021



Bu gün qəhər boğazımızdadır... – Xalq yazıçısı
MÜSAHİBƏ 07:12 / 11.11.2020

"Əziz Şuşa, biz qayıtdıq!” – bu sözləri Azərbaycan millətinin böyük oğlu, bütün zamanların böyük Azərbaycan sərkərdəsi, Müzəffər öndər İlham Əliyev dedi. Müzəffər öndərimiz Azərbaycanın gücünü, potensialını bütün dünyaya sübut etdi.

Yenisəs.az Kult.az -a istinadən xəbər verir ki, bunu xalq yazıçısı, akademik Kamal Abdulla qeyd edib.

O bildirib ki, bütün dünya bu gün Azərbaycan xalqının həm mədəniyyətini, həm intellektual səviyyəsini, həm döyüş bacarığını, həm onun diplomatik gücünü gördü:

"Biz bir daha öz bildiyimiz adekvat həqiqətimizi dünyaya çatdırdıq. Ulu öndər Heydər Əliyevə Allah rəhmət eləsin. Allahdan razı olmalıyıq ki, bizim belə böyük bir sərkərdəmiz, bizim belə böyük bir Prezidentimiz var. Biz ordumuzla, qalibiyyətli əsgərlərimizlə, şəhidlərimizlə, qazilərimizlə, arxa cəbhədə bir yumruq kimi Azərbaycan adını göylərə qaldıran vətəndaşlarımızla ancaq fəxr edə bilərik.

Bu gün qəhər boğazımızdadır. Bu gün bizim gözümüzdən sevinc yaşları axır.

"Əziz Şuşa, biz qayıtdıq!” sözləri əbədi olsun.

"Əziz Şuşa, biz səninləyik!” sözləri ömürlük olsun.

Eşq olsun Azərbaycana, eşq olsun Müzəffər öndərimizə, eşq olsun Azərbaycan əsgərinə!

Yaşasın Azərbaycan!”


4697 oxunub

InvestAZ